BU İL KÜVEYT NEFT SATIŞINDAN TƏXMİNƏN 30 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDƏCƏKDİR
AZƏRTAC KUNA Agentliyinə istinadla xəbər verir ki, bu il Küveytin neft satışından gəliri 9-10 milyard dinar (təxminən 30 milyard dollar) təşkil edəcəkdir. Bunu Küveyt Milli Bankı dünya neft bazarında vəziyyəti təhlil etdikdən sonra bildirmişdir. Bu, büdcədə nəzərdə tutulmuş göstəricilərdən çoxdur.
Əmirliyin gəlirlərinin artması neftin qiymətinin qalxması ilə, habelə Çində və Asiyanın digər ölkələrində karbohidrogen xammalına tələbatın böyük olması ilə izah edilir. Milli Bankın məlumatında deyilir ki, Küveyt neftinin qiyməti digər neftlərə nisbətən yavaş bahalaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:17]
Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]