Bu il qlobal neft tələbatı azalacaq
Bakı, 10 mart, AZƏRTAC
Cari ildə sutkalıq neft tələbatının 730 min barrel azalacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Buna bütün dünyada yayılan “Covid-19” infeksiyasının, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin neft istehsalının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etməməsinin təsirli olacağı proqnozlaşdırılır.
Bildirilir ki, cari ildə neftə olan gündəlik tələbatda 35 milyon 700 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon barrellə Amerika qitəsi və 14 milyon 700 min barrel ilə Avropa qərarlaşacaq.
2020-ci ildə qlobal neft tələbatının sutkada 100,2 milyon barrel olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]