Bu ilin birinci yarısında Almaniyada tikinti sənayesində əhəmiyyətli artım qeydə alınıb
Berlin, 25 avqust, AZƏRTAC
Almaniyada tikinti sənayesində bu ilin birinci yarısında əhəmiyyətli artım qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sifarişlərin həcmi 9,4 faiz artıb. Qiymət amili nəzərə alındıqda real artım 7,3 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.
Artımın əsas səbəbi hökumətin infrastruktur və digər sahələrə ayırdığı yüksək həcmli investisiyalar olub. Bu çərçivədə yol, enerji və nəqliyyat infrastrukturunun tikintisi üzrə sifarişlər 8,7 faiz, mənzil və digər binaların inşası üzrə isə 5,6 faiz artıb. Ümumi dövriyyə də yüksəlib və tikinti sənayesinin gəlirləri 4,6 faiz çoxalıb.
Yaxın aylarda tikinti sektorunda, xüsusilə infrastruktur layihələrində dövlət investisiyalarının təsiri ilə artım tendensiyasının davam edəcəyi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]