Bu ilin iyul-avqust ayları meteoroloji müşahidələr tarixinin ən isti dövrü olub
Bakı, 17 sentyabr, AZƏRTAC
BMT-nin Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, 2016-cı ilin iyul və avqust ayları müşahidələr tarixində ən isti dövr olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, həddən artıq isti yay və 30 dərəcədən yüksək temperatur artıq “yeni normaya” çevrilib. 2016-cı ilin yayı isə son 137 ilin temperatur rekordları arasında ilk pillədə dayanır. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə hazırda ən aktual problemdir.
Xatırladaq ki, 2015-ci ilin dekabr ayında Parisdə keçirilən konfransda 195 iştirakçı-ölkə 2100-cü ilədək Yer kürəsində orta temperaturu 2 dərəcədən artıq yüksəlməsinə imkan verməmək barədə öhdəlik götürüb. Alimlərin fikrincə, temperaturun bundan artıq qalxması planetin ekologiyası üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]