Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klub açıqlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Bu mövsüm UEFA Çempionlar Liqasında ən çox gəlir əldə edən klub bəlli olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu, Fransanın PSJ komandasıdır. Paris təmsilçisi turnirin cari mövsümündə indiyədək 119,4 milyon avro qazanıb.
Bu göstərici üzrə ikinci pillədə İtaliya təmsilçisi “İnter” qərarlaşıb. Milan klubunun gəliri 118,1 milyon avro olub. İlk “üçlüy”ü 117 milyon avro qazancla İngiltərənin “Arsenal” kollektivi tamamlayır.
Çempionlar Liqasının cari mövsümündə ən çox qazanan 10 klub bunlardır:
PSJ - 119,4 milyon avro
“İnter” - 118,1 milyon avro
“Arsenal” - 117 milyon avro
“Barselona” (İspaniya) - 116,6 milyon avro
“Bavariya” (Almaniya) - 105,9 milyon avro
“Borussia Dortmund” (Almaniya) - 102,2 milyon avro
“Real Madrid” (İspaniya) - 101,8 milyon avro
“Liverpul” (İngiltərə) - 98,1 milyon avro
“Bayer” (Almaniya) - 87,1 milyon avro
“Atletiko Madrid” (İspaniya) – 84,9 milyon avro.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ, “Arsenal”la, “İnter” isə “Barselona” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]