Bu paytaxt məktəblərində 354 nəfər təhsil işçisi təltif edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan 354 nəfər təhsil işçisi təltif edilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisi “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” və 92 təhsil işçisi BŞTİ-nin təşəkkürnaməsi ilə təltif olunub.
Eyni zamanda, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 216 nəfər məktəb rəhbəri (42 direktor, 118 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 55 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 1 nəfər xidmət və əməliyyat mərkəzinin aparıcı mühasibi) fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Təhsil sahəsində çalışan 19 nəfər isə Zəfər günü ilə bağlı mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]