BUDAPEŞTDƏ RAMİL SƏFƏROVUN İKİNCİ İŞİ ÜZRƏ MƏHKƏMƏ İCLASI OLMUŞDUR
R.Səfərovun ikinci işi üzrə vəkili Klara Fişerdir. İclasın əvvəlində hakim tanış olmaq üçün ittihamnaməni R.Səfərova təqdim etmiş, sonra o, suallara cavab vermişdir.
Növbəti iclası bu il mayın 3-də keçirmək qərara alınmışdır. İclasda hadisənin digər iştirakçılarının, habelə şahidin ifadələri dinləniləcəkdir.
Azərbaycanın Macarıstandakı səfirliyinin diplomatları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr məhkəmə iclasında olmuşlar.