Azərbaycan Dövlət İnformasiya Agentliyi

Builki Münxen görüşü Azərbaycanın sülh çağırışını qəbul etdi - ŞƏRH

Builki Münxen görüşü Azərbaycanın sülh çağırışını qəbul etdi -  ŞƏRH

Bakı, 20 fevral, AZƏRTAC

Bu gün yeniləşən dünyamızda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə, insanlara daha çox sülh lazımdır. Beynəlxalq platformalarda müxtəlif mövzuların müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu gün bütün münaqişələrin həllini və dünyanın yeni arxitekturasını daha yaxşı, səmərəli təşkil etmək, eyni zamanda, iqtisadi və hərbi güc sahibi dövlətlərin maraqlarını təmin etmək üçün yeganə mexanizm sülhün vasitəsi ilə sağlam dialoqun təşviqidir.

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların münaqişələrin həllini yalnız sülhdə, dialoqda gördüklərinə baxmayaraq, son dönəmlərə real təcrübədə iqtisadi dayanıqlılığı, geniş hərbi imkanları olan dövlətlər daha çox öz maraqlarına nail ola bilirlər. Həm yaxın şərqdə yerləşən münaqişə ocaqları, həm də artıq bir ildir ki davam edən Rusiya-Ukrayna müharibəsi aydın şəkildə dünya ictimaiyyətinə göstərir ki, bir sıra dövlətlər hərbi güc hesabına məqsədlərinə nail olmağı hədəfləyirlər.

Lakin, istər dünya siyasətçiləri, liderləri, istərsə də bu gün öz maraqlarını daha çox önə çıxaran siyasi hakimiyyətlər gözəl başa düşürlər ki, güc vasitəsilə hər hansı bir məsələni həll etmək mümkün deyil.

“Bu gün dünyamız sürətlə dəyişir, inkişaf edir. Artıq dördüncü sənaye inqilabının gətirdiyi yeniliklərin, texnologiyaların əsridir. Bu dövrdə dövlətlər nə qədər çox güc tətbiq edirsə, silaha əl atırsa, o qədər də itki, dövlət üçün problemlərlə qarşılaşırlar. Beləliklə, lokal problemlər regionlaşır, regional problemlər isə qloballaşır.

1945-ci ildə yaranmasının əsas məqsədi dünyada sülhün qorunmasına xidmət göstərmək olan Birləşmiş Millətlər Təşkilatı mövcud münaqişələrin həllinə dialoq vasitəsilə təsir göstərə bilmədiyindən nüfuzunu ciddi şəkildə itirməkdədir. Bu baxımdan müxtəlif beyin mərkəzləri, dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər sülh naminə davamlı və qeyri-rəsmi dialoq yaratmaq üçün digər platformalara üz tuturlar. 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı bu gün sülhə nail olunması istiqamətində öz əhəmiyyəti ilə seçilən platformalardandır”, - deyə deputat qeyd edib.

Məzahir Əfəndiyev vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı daha çox lokal problemlərin həllində beynəlxalq, yerli mütəxəssisləri, tədqiqatla məşğul olan insanları, dövlət və hökumət başçılarını, nüfuzlu şəxsləri, beyin mərkəzlərini bir araya toplayaraq münaqişədə subyekt olaraq iştirak edən tərəflər üçün daha aydın geosiyasi mənzərəni ortaya qoyur.

Azərbaycan öz növbəsində 2008-ci ildən başlayaraq mütəmadi olaraq həm ölkə Prezidenti, həm də nazir səviyyəsində Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində iştirak edir. Keçdiyimiz günlərdə MTK-nın sayca 59-cu görüşünə dəvət olunmuş az sayda dövlət başçılarından biri də Prezident İlham Əliyev idi. Dövlətimizin başçısının artıq 6-cı dəfə bu Konfransda iştirakı Azərbaycan həqiqətlərinin, o cümlədən Cənubi Qafqazda 2020-ci ildə Azərbaycanın yaratdığı reallıqların bir daha bütün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Eyni zamanda, MTK çərçivəsində 17-18 fevral tarixlərində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmidlə ikitərəfli görüşləri ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi.

“Azərbaycan Prezidentinin Konfransın əsas proqramı çərçivəsində, həmçinin keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada, daha sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi artıq ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərin mötəbər platformalarda beyin mərkəzlərinin, dünya ictimaiyyətinin maraq dairəsində olduğunun əyani sübutdur.

Plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin, eyni zamanda, bir platformada görüşmələri doğrudan da tarixi bir hadisə idi. Prezident İlham Əliyev Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan məharətlə istifadə edərək sülh gündəliyini prioritet olaraq ortaya qoydu, Ermənistan baş nazirinin qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalarını bir daha məhv etdi.

Fəxarətlə deyə bilərik ki, 2020-ci ildə keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin görüşü 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərlə nəticələndi”, - deyən deputat MTK çərçivəsində keçirilən builki görüşün Azərbaycanın növbəti qələbəsi, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Böyük Sülh Sazişinin imzalanması ilə nəticələnəcəyinə inandığını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO