Bundes Liqa: "Borussiya Dortmund" - "Bavariya" oyununda beş qol vurulub
Bakı, 11 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 10-da futbol üzrə Almaniya çempionatının 12-ci turu çərçivəsində əzəli rəqiblər - "Borussiya Dortmund" və "Bavariya" komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşü "Borussiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Marko Roys (2) və Pako Alkaser, qonaq komandadan isə Robert Levandovskiy (2) fərqləniblər.
Bu qələbə nəticəsində "Borussiya" turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub və "Bavariya" ilə xal fərqini 7-yə çatdırıb.