Bundestaqın deputatı: Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır
Bakı, 23 aprel, AZƏRTAC
Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib. Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Açıqlamada bildirilir ki, Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır. Dağlıq Qarabağ regionunda bu yaxınlarda insan tələfatı ilə nəticələnmiş hərbi münaqişənin yenidən alovlanması beynəlxalq ictimaiyyəti məsələnin sülh yolu ilə həllinə sövq etməlidir. Heç bir hərbi qarşıdurma münaqişənin davamlı həllinə gətirə bilməz və münaqişə tərəfləri atəşkəsə riayət etməlidirlər.
Açıqlamada ATƏT-in Minsk qrupu hər zaman olduğundan daha çox BMT-nin müvafiq qətnamələri və beynəlxalq vasitəçilik qaydalarına hörmət etməklə münaqişəyə son qoyulmasına nail olmağa çağırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]