BURYATİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLİB
Gənclər Bədaye Teatrında gerçəkləşən tədbirdə Mərkəzin gənclərdən ibarət yaradıcı kollektivi çıxış etmişdir. Sonra ölkəmizin tarixini, coğrafiyasını, sənayesini, kənd təsərrüfatını, mədəniyyət və incəsənətini əks etdirən fotosərgi nümayiş olunmuşdur.
Mədəniyyət günləri çərçivəsində, eyni zamanda, Buryatiya Gənc Rəssamlar Assosiasiyasının üzvü, rəssam Faina Batancanovanın fərdi yaradıcılıq sərgisi təqdim edilmiş, “Xəzər” folklor ansamblı geniş konsert proqramı göstərmişdir.
Tədbirdə bu diyarda məskunlaşmış və böyük bir hissəsi Rusiya vətəndaşı olan 1,5 min azərbaycanlının yaşadığı da xatırlanmışdır. Onların əksəriyyəti BAM-ın tikintisi ilə əlaqədar işləmək üçün ölkəmizdən buraya gələnlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]