Buxarestdə səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatıb
Buxarest, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Rumıniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 88 faiz seçici fəallığı ilə başa çatıb.
Məntəqədə Rumıniyada olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb. Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest