BVF: Dünya iqtisadiyyatında yüksək qeyri-müəyyənlik hökm sürür
Bakı, 10 aprel, AZƏRTAC
Dünya iqtisadiyyatı yüksək qeyri-müəyyənliklə xarakterizə olunur, bərpası çətin olaraq qalır, parçalanma dərinləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş icraçı direktoru Kristalina Georgiyeva Vaşinqtonda BVF və Beynəlxalq Bankın rəhbər orqanlarının yaz sessiyasının açılış mərasimində çıxışı zamanı deyib. Tədbirdə Beynəlxalq Bankın Prezidenti Devid Melpas da iştirak edib.
“Biz yüksək qeyri-müəyyənlik dövründə toplaşmışıq. İqtisadiyyatın ümid etdiyimiz səviyyədə bərpası əvvəlki kimi çətin olaraq qalır”, - deyə Kristalina Georgiyeva bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə dünya iqtisadiyyatının artımı 3 faizdən az olacaq. Ən çox narahatlıq doğuran odur ki, bu artım növbəti beş ildə dəyişməyəcək: “Bizi bir yerdə tutan əlaqələr son illər daha çox zəifləyib. Parçalanma şiddətlənir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]