Carol Ferrara: Fransa hökumətinin qəbul etdiyi bəzi qərarlar fransız müsəlmanlarının həyatını çətinləşdirib
Bakı, 27 may, AZƏRTAC
Hazırkı Fransa hökumətinin qəbul etdiyi bəzi qərarlar, cəmiyyətin mühüm hissəsi olan fransız müsəlmanlarının həyatını çətinləşdirib. “Respublika prinsipləri” adı altında tətbiq olunan bu siyasət nəticəsində müsəlman məktəblərinə dövlət dəstəyi dayandırılıb, müsəlman təhsil müəssisələri zəiflədilib və bu da bərabərhüquqlu cəmiyyət anlayışı üçün təhlükə yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Emerson Kollecinin Marketinq və Kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusunda panel iclasda deyib.
Onun sözlərinə görə, bu kimi tədbirlər siyasi məqsədlərə xidmət edir, müxtəlifliyi zənginlik yox, təhlükə kimi təqdim edir. İslamofobiyanın açıq və sistemli formaları hələ də bir çox ölkələrdə hökm sürür. Bu, sadəcə müsəlmanların problemi deyil, müasir cəmiyyətlərin ədalət prinsiplərinə sadiq qalmaq imtahanıdır.
“Buna görə də biz, təhsil müəssisələri olaraq, üzərimizə böyük məsuliyyət götürməliyik. Maarifləndirmək, empatiya yaratmaq, fərqliliklərə hörmətlə yanaşmaq bizim əsas vəzifələrimizdir. Tələbələrə, sadəcə, bilik vermək deyil, onlara öz hekayələrini danışmaq imkanı yaratmaq real dəyişimin başlanğıcıdır”, - deyə Carol Ann Ferrara vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]