SİYASƏT
Casim əl-Əli: “İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür
Bakı, 20 mart, AZƏRTAC
İslam ölkələri, ümumiyyətlə, böyük coğrafiyaya səpələnib. Bu ölkələrin əhalisinin ümumi sayı bir milyarddan çoxdur. İslam ölkələrinin belə geniş məsafədə yerləşməsi, bəzən, xalqların bir-birindən müəyyən qədər uzaq düşməsinə gətirib çıxarıb. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəylik İli” elan edilməsi və bu çərçivədə keçirilən tədbirlər islam cəmiyyətləri arasında təmasları gücləndirəcək, xalqları bir-birinə daha da yaxınlaşdıracaq, qarşılıqlı mədəni mübadilə proseslərini artıracaq. Bu, Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dövlət Rəssamlıq Akademiyasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilmiş “İslam Həmrəyliyi İli”nə həsr edilən beynəlxalq festivalda iştirak edən Küveyt nümayəndə heyətinin başçısı Küveyt Universitetinin Sosial Elmlər Kollecinin dekan müavini dr. Casim Məhəmməd əl-Əli deyib.