Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏBRAYIL RAYONUNDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINMIŞ YENİ QƏSƏBƏLƏRDƏ 1858 AİLƏ MƏSKUNLAŞMIŞDIR

CƏBRAYIL RAYONUNDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINMIŞ YENİ QƏSƏBƏLƏRDƏ 1858 AİLƏ MƏSKUNLAŞMIŞDIR

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra məcburi köçkünlər üçün salınmış qəsəbə ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış beş qəsəbədə 1858 ailə məskunlaşmışdır. Müasir standartlara uyğun qəsəbələrin hamısı lazımi infrastrukturla təmin edilmişdir. Qəsəbələrdə, ümumilikdə, 1800 yerlik 5 məktəb, 250 yerlik 5 uşaq bağçası, 5 inzibati bina, 5 poçt şöbəsi, 5 kənd həkim ambulatoriyası, 5 klub-idman mərkəzi, 1 baytarlıq məntəqəsi, 2 yanğınsöndürmə deposu vardır. 110 kilovoltluq yardımçı elektrik stansiyası tikilmişdir.

Prezident İlham Əliyev qəsəbədəki İskəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbinin həyətində uşaqların nümunəvi idman çıxışlarına baxdı.

Məcburi köçkünlər doğma yurdlarından didərgin düşsələr də, adət-ənənələrini qoruyub yaşadırlar. Cəbrayıllıların el sənəti nümunələrinin nümayişi də bu baxımdan maraq doğurdu.

Böyük Mərcanlı kənd uşaq incəsənət məktəbi şagirdlərinin çıxışı da xoş təsir bağışladı.

Daha sonra ikimərtəbəli məktəb binası ilə tanış olan Prezidentə məlumat verildi ki, 360 yerlik təhsil ocağında hazırda 264 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur.

Məktəbin foyesindəki lövhələrdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillər, habelə Cəbrayıl rayonundan olan şəhidlərin şəkilləri vurulmuşdur.

Dövlətimizin başçısı məktəbin idman salonunda qoyulmuş fotostendlərə də baxdı. Burada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda məcburi köçkünlərlə görüşləri zamanı çəkilən şəkillər var. Cəbrayıl rayonunun işğaldan əvvəlki vəziyyətini, məcburi köçkünlərin çadır şəhərciklərindəki çətin həyat tərzini və yeni salınan qəsəbələri əks etdirən fotostendlər də maraq doğurdu.

Daha sonra Prezident İlham Əliyev Cəbrayıl rayonunun tarixini əks etdirən muzey eksponatlarına baxdı. Burada müxtəlif vaxtlara aid geyimlər, qılınclar, kəmərlər və məişət əşyaları toplanmışdır.

Məcburi köçkün KAMILXAN RÜSTƏMOVA dövlətimizin başçısına müraciətlə dedi:

-O vaxt Siz bizimlə görüşə gələndə axırıncı çıxış edən mən oldum. Üzümü Sizə çevirib dedim - “biz cəbrayıllılar Sizə səs verəcəyik!”. İlk xeyir-duanı biz verdik. Yenə də qabaqdan seçkilər gəlir. Mən Sizi əmin edirəm, bütün Cəbrayıl camaatı Sizi dəstəkləyir. Ulu öndərə Allah min rəhmət eləsin! Siz də verdiyiniz vədə əməl etdiniz. Bir dənə də çadır düşərgəsi qalmadı. Çadırdan çıxıb belə qəşəng evdə yaşayırıq. Biz necə hökumətimizə sadiq olmaya bilərik? Biz Sizə sadiq adamlarıq, Sizinlə sıx, birlikdəyik. İcazə verin, 1968-ci ildə mən pambıqçı işləyirdim. Onda qış aylarında bu xalını toxumuşam. Bilirəm, çox ölkə gəzmisiniz, çox yer görmüsünüz, çox xalılar-xalçalar görmüsünüz. Mən zəhmətimin bəhrəsi olan bu kiçik hədiyyəni Sizə təqdim edirəm.

İLHAM ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm sizə.

X X X

Dövlətimizin başçısı rayonun mədəniyyət işçilərinin ifasında milli oyuna da tamaşa etdi.

Məktəblə tanışlıq zamanı dövlətimizin başçısı ingilis dili dərsində də oldu. Şagirdlər onu böyük sevinclə qarşıladılar, dövlətimizin başçısına həsr olunmuş şeir söylədilər.

Prezident İlham Əliyev şagirdlərlə söhbət edərək dedi ki, məcburi köçkünlər üçün birinci qəsəbə də və sonuncu qəsəbə də Biləsuvarda tikilmişdir. 4 il ərzində bütün çadır şəhərcikləri ləğv edilmişdir. Siz çadır şəhərciyində doğulmusunuz. Ağır, çətin şəraitdə yaşamısınız. Ancaq indi o çadır şəhərcikləri yoxdur. Yeni evlər var, məktəblər var, bütün şərait var. Burada gərək yaxşı oxuyasınız, gələcəkdə yaxşı mütəxəssislər olasınız, doğma ölkənizə dayaq olasınız və Cəbrayıl rayonu işğaldan azad olunandan sonra öz rayonunuzun inkişafında fəal iştirak edəsiniz. Sizə uğurlar arzulayıram, sağ olun.

Məktəbdə kompyuter otağı da var, buradakı kompyuterlərin hamısı internetə qoşulubdur. Tarix, Azərbaycan dili və ədəbiyyatı, hərbi və digər fənn otaqları, zəngin kitabxana var. Məktəb bütün lazımi avadanlıq və istilik sistemi ilə təchiz olunmuşdur.

Daha sonra Prezident İlham Əliyev məktəbin həyətində məcburi köçkünlərlə görüşərək söhbət etdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanın iqtisadi potensialı artdıqca, əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayışı daha da yaxşılaşır, sosial problemlərin həlli üçün mühüm işlər görülür. Burada gözəl şərait var. Gözəl binalar, məktəblər, tibb məntəqələri, uşaq bağçaları tikilmişdir. Elektrik enerjisi, su təchizatı var, yollar çəkilibdir. Mən göstəriş verəcəyəm ki, bu qaz xətti çəkilməsi məsələsinə də baxsınlar. Burada bütün şərait var.

QƏSƏBƏ SAKİNİ (kişi): Bütün bunlar Sizin əməyinizin bəhrəsidir. Çox-çox təşəkkür edirik.

İLHAM ƏLİYEV: Əminəm ki, burada yaxşı yaşayacaqsınız.

QƏSƏBƏ SAKİNİ: Biz Cəbrayıl camaatı həmişə Sizi dəstəkləyirik, həmişə Sizinlə birlikdəyik. Üzümüzə gələn seçkilərdə də Sizin alternativiniz yoxdur. Bizim bir Prezidentimiz var, ona da səs verəcəyik. Bu şəraitə, bu binalara, bu məktəbə görə çox sağ olun. Ümumiyyətlə, respublikamızın həyatında gürdüyünüz qlobal işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İLHAM ƏLİYEV: Sağ olun, beş il bundan əvvəl mən birinci qəsəbənin açılşına gəlmişdim. Ulu öndər Heydər Əliyevin göstərişi ilə o vaxt Neft Fondundan ilk vəsait qəsəbənin tikilməsinə xərclənmişdi. 2003-cü ilin oktyabr ayında mən onun açılışını etdim. O vaxt mən dedim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamalıdır. Siz çadırlarda çox, 15 il ağır, çətin şəraitdə yaşamısınız. Amma indi çadır şəhərcikləri yoxdur, hamısını yığışdırmışıq. Onların əvəzinə gözəl binalar tikilib, qəsəbələr, demək olar ki, şəhərlər tikilibdir. İnsanlar burada müvəqqəti, torpaqlarımız azad olunana qədər yaşayacaqlar. O gün də uzaqda deyil, biz öz fəaliyyətimizlə o günü yaxınlaşdırırıq.

QƏSƏBƏ SAKİNİ: Cənab Prezident, Sizin fəaliyyətinizə böyük ümidimiz var.

İLHAM ƏLİYEV: Haqq-ədalət bərpa edilməlidir. Beynəlxalq hüquq normaları bərpa olunmalıdır. Ədalətsizlik aradan qaldırılmalıdır. Bunu biz, özümüz etməliyik və edəcəyik.

QƏSƏBƏ SAKİNİ: Yoldaş İlham Əliyev, Siz Prezident seçiləndən bir çox nailiyyətlər əldə etmisiniz. Amma ən başlıcası çadır şəhərciklərinin ləğv olunmasıdır. Cəbrayıl sakinlərinin bu qəsəbədə yerləşdirilməsi Sizin müvəffəqiyyətlərinizdən ən birincisidir. Bu qəsəbənin sakinləri adından Sizə öz minnətdarlığımızı bildirik. Çadır şəhərciklərində çox çətin vəziyyətdə yaşamışıq. Bizim balalarımız dizi üstə quru yerdə oturub yazı yazıblar. Amma Sizin sayənizdə bu cür məktəb, belə bir gözəl şəhərcik tikildi. Biz Sizinlə, Mehriban Əliyeva ilə fəxr edirik. İşinizin nəticəsini görəndə hamımız ürəkdən qürur duyuruq. Siz Azərbaycanın quruculuğunda iki tərəfdən iştirak edirsiniz. Sizin bu zəhmətinizə görə bütün cəbrayıllılar dərindən minnətdarlığını bildirirlər. Siz əvəzedilməzsiniz. Arzu edirik ki, gələn görüşləri Cəbrayıl rayonunda keçirək və Sizə orada minnətdarlığımızı bildirək.

İLHAM ƏLİYEV: Çox sağ olun.

QƏSƏBƏ SAKİNİ (ağbirçək): Xoş gəlmisiniz, gələn ayaqlarınız var olsun! O gün olsun ki, bu qəsəbəni, məsələn, kimsəsizlərə, əlacsızlara verək, biz öz rayonumuza gedək. Mən istəyirəm ki, dünya durduqca yaşayasınız. Sizin işiniz göz qabağındadır. Kiçik Heydər Əliyev də Sizin yolunuzu davam etdirsin.

İLHAM ƏLİYEV: Çox sağ olun, biz mütləq, mütləq Cəbrayılda belə gözəl binaları tikəcəyik. Son müddət ərzində salınan qəsəbələrin timsalında biz görürük ki, Azərbaycan dövləti hər şeyə qadirdir. Cəmi dörd il ərzində 56 qəsəbə tikilibdir. Demək olar ki, 56 böyük kənd, yəni bir neçə şəhər tikilibdir. Biz işğaldan azad olunacaq bütün torpaqlara qayıdandan sonra orada da belə gözəl məktəblər, binalar tikəcəyik, yollar, işıq, su, qaz, - hər şey olacaqdır. Bilirsiniz ki, indi o torpaqlarda hər şey dağıdılıb, erməni qəsbkarları hər şeyi dağıdıblar. Orada bir dənə də salamat bina qalmayıbdır. Biz hər şeyi yenidən yaratmalıyıq və bunu edəcəyik. Bizim indi buna gücümüz çatır və işğal olunacaq bütün əraziləri bərpa edəcəyik. Son illər ərzində həm Biləsuvarda, Füzulidə, Ağdamda, həm də başqa yerlərdə nə qədər böyük işlər görülübdür. Amma növbəti illərdə Dövlət proqramına ediləcək əlavələr hesabına 300 mindən artıq köçkün soydaşımız yaxşı şəraitlə təmin ediləcək və biz bu ağır sosial problemin, demək olar ki, həllinə nail olacağıq.

Sosial problem həll ediləcək, amma əsas problem hələ ki, qalır. Amma biz onu da həll edəcəyik və ondan sonra, xalanın dediyi kimi, bu binalar veriləcək - kim istəyər, gəlib yaşayar. Onsuz da, Azərbaycan əhalisinin sayı artır. Hazır evlərdir, hər şey var, gözəl infrastruktur var, hazır şəhərçikdir. Hələliksə burada xoşbəxt yaşayın və bilin ki, mən həmişə sizinləyəm. Mən bu vəzifəyə sizə xidmət etmək üçün gəlmişəm. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO