Cəbrayılda əmək yarmarkası keçiriləcək - 5 müəssisə tərəfindən 125 vakansiya
Bakı, 2 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarka noyabrın 7-də saat 10:30-dan 12:00-a kimi Cəbrayıl şəhərində, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.
Tədbirdə işaxtaran şəxslərə 5 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 125 vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]
Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
- 09.10.2026 [13:25]
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO
- 09.10.2026 [11:04]