Ceff Bezos sərvət rekordunu yeniləyib
Bakı, 2 iyul, AZƏRTAC
“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos pandemiya dövründə sərvətini artıraraq ən yüksək yeni səviyyəyə çatdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, C.Bezos “Amazon.com”dakı səhmlərinin dörddəbirindən imtina etməsinə baxmayaraq, əvvəlki rekordunu da yeniləyə bilib.
Mərkəzi ofisi Sietldə yerləşən şirkətin səhmlərinin dəyəri 4,4 faiz artaraq rekord göstəriciyə - 2878 dollara çatıb. Nəticədə C.Bezosun sərvəti 171,6 milyard dollar səviyyəsinə yüksəlib.
Xatırladaq ki, əvvəlki rekord 2018-ci il sentyabrın 4-də 167,7 milyard dollar olaraq qeydiyyata alınıb.
C.Bezos təkcə bu il ərzində 56,7 milyard dollar qazanıb.
“Amazon” işçilərinə 500 dollar mükafat vermək üçün 500 milyon dollarlıq bir büdcə ayırıb. C.Bezos şirkətin səhmlərinin 11 faizinə sahibdir və sərvətinin böyük bir hissəsini bu səhmlər təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]