CƏLAL TƏLƏBANİ İRAQ PREZİDENTİ OLMAQ İSTƏMİR
Tələbani “Əl-İraqiyyə” dövlət telekanalına müsahibəsində demişdir: “Bu vəzifə məni cəlb etmir. Yeni konstitusiyanın prezidentə nə kimi səlahiyyətlər verdiyini nəzərə alaraq, mən namizədliyimi irəli sürməyəcəyəm. Çünki prezident dövlətin idarə olunmasında iştirak etmək hüququna, əslində, malik deyildir. Mən nominal prezident olmaq istəmirəm”.
Yanvarın 30-da keçirilən seçkilərin yekunlarına uyğun olaraq ölkəyə başçılıq edən Cəlal Tələbani İraqın iki ən iri kürd partiyasından birinin – Kürdüstan Vətənpərvərlər İttifaqının lideridir. Müşahidəçilərin fikrincə, qarşıdakı seçkilərin nəticələrinə əsasən, kürdlər parlamentdə geniş təmsil olunmalıdırlar. Bu halda Tələbani gələcəkdə mühüm hökumət vəzifələrinə namizəd olmaq imkanı qazanar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]