Cəlilabadda iftar süfrəsi açılıb
Cəlilabad, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Mərasimdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iftar mərasimində "Cümə" məscidinin axundu Mahmud Əsgərov “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxuyub.
Axund Ramazan ayının fəzilətindən söz açaraq bildirib ki, ölkəmiz və xalqımız öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir. Bu ay insanlar arasında birlik, bərabərlik və həmrəyliyin təntənəsidir.
Mərasimdə ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışılıb, Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar edilib.