Cəlilabadda yol qəzası olub, ölən və xəsarət alanlar var
Cəlilabad, 29 oktyabr, AZƏRTAC
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə Cəlayir kəndində baş verib.
1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən piyada, T.Əmiyevanı vurub. İdarəetməni itirən sürücü daha sonra qarşıdan gələn K.Məmmədovun idarə etdiyi VAZ 2107 avtomobilə toqquşub. Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar. Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:54]
Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib
- 09.10.2026 [19:57]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:03]