Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yüngül atletika üzrə yarış keçirilib
Bakı, 24 may, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan yüngül atletika üzrə yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Proqrama uyğun olaraq kursantlar 100 və 2400 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma üzrə birincilikdə güclərini sınayıblar.
Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]