Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib

Cenevrə, 26 mart, AZƏRTAC

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib. Milli Məclisin (MM) və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, konfransın Şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova 2021-ci ilin noyabrında Madrid şəhərində baş tutmuş təsis iclasından bəri Parlament Şəbəkəsinin konfranslarının iştirakçılarının sayının davamlı olaraq artdığını söyləyib. Parlament sədri Şəbəkənin böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir. Bu, təkcə Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin təşviqinə sadiqliyi deyil, həm də parlamentlərimiz arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək niyyətində olduğumuzu göstərir.

Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

Sədr Sahibə Qafarova çıxışında bildirib ki, Parlament Şəbəkəsi yarandığı gündən öz fəaliyyətini icra hakimiyyəti orqanlarının qərarları ilə əlaqələndirir, onları öz fəaliyyətində və yekun sənədlərində əks etdirir. Üzv dövlətlərin hökumətləri ilə belə sıx əməkdaşlıq Şəbəkəyə Qoşulmama Hərəkatının idealları və dəyərlərinin təşviqinə parlament töhfəsini verməyə imkan verib. O xatırladıb ki, Parlament Şəbəkəsinin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı Şəbəkənin Əsasnaməsinə edilən bir sıra əlavə və düzəlişlər, Parlament Şəbəkəsinin fəaliyyəti üzrə iş qaydalarının işlənib hazırlanması və təkmilləşdirilməsinə yönəldilib. Şəbəkənin gələcək institusional inkişafı istiqamətində iş davam etdiriləcək. Spikerin sözlərinə görə, Parlament Şəbəkəsinin Büro və Daimi Komitələrinin formalaşdırılması onun institusional potensialını və səmərəli fəaliyyətini daha da gücləndirəcək.

Çıxışında digər parlamentlərarası təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verən Sahibə Qafarova qeyd edib ki, Manama şəhərində dörd beynəlxalq təşkilata Şəbəkə yanında müşahidəçi statusu verilib. Həmçinin Manama konfransından sonra Parlament Şəbəkəsi TürkPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi yanında müşahidəçi statusu əldə edib. Bundan başqa, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Anlaşma Memorandumu imzalanıb. İki gün öncə isə ən qədim və ən böyük parlamentlərarası təşkilat olan Parlamentlərarası İttifaqla Anlaşma Memorandumu imzalanıb.

Bugünkü konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu xatırladan MM sədri Sahibə Qafarova deyib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir. Eyni zamanda, bu, qlobal cavab tədbirləri və birgə səylər tələb edən bir çağırışdır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur.

Spiker həmçinin vurğulayıb ki, Azərbaycanın COP29-un sədri qismindəki rolu beynəlxalq tərəfdaşlarımızı planetimizin rifahı naminə iqlim fəaliyyətlərini inkişaf etdirməyə cəlb etmək üçün mühüm imkan yaradır. Bu mənada inklüziv dialoq, konstruktiv əməkdaşlıq və birgə fəaliyyət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əsas faktordur. Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcək. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.

Sədr Sahibə Qafarova çıxışının sonunda bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bundan sonra da parlamentlərarası əməkdaşlığın və parlamentlərimiz və ölkələrimiz arasında dialoqun təşviqinə güclü sadiqliyini nümayiş etdirməyə davam edəcək.

Sonra konfrans işini digər çıxışlarla davam etdirib.

Tədbirdə çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Əlcəzair Milli Assambleyasının sədri İbrahim Boğali, Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Ghimir, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Qabon Milli Assambleyasının prezidenti Jan François Ndonqu, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Bakı Təşəbbüs Qrupunun səlahiyyətli şəxsi Jan Jakob Bicep və digər ölkələrin parlamentariləri tədbirin yüksək səviyyədə təşkilinə təbriklərini ifadə ediblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsinin gənc təşkilat olmasına baxmayaraq, uğurlu fəaliyyəti, institusional inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb.

Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert