CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CEYKOB ZUMAYA
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Cənubi Afrika Respublikası xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 may 2009-cu il.