Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqaz Tovuz hadisələrindən sonra: yeni geosiyasi-hərbi və geoiqtisadi trendlər

Cənubi Qafqaz Tovuz hadisələrindən sonra: yeni geosiyasi-hərbi və geoiqtisadi trendlər

Təcavüzkar Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində bu ilin iyul ayında növbəti hərbi təxribatı xeyli narahatlıq yaratdı və meydana çoxlu suallar çıxardı. Ekspertlər rəsmi İrəvanın bu riskli və təhlükəli addımının arxasında hansı geosiyasi və geoiqtisadi maraqların dayandığını analiz edir, eyni zamanda, Cənubi Qafqazın geosiyasi mühitinə təsir imkanları olan böyük dövlətlərin bu prosesdə rolu üzərində dayanırlar. O cümlədən ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları təhlil edirlər. Vurğulanan məqamlara daha geniş prizmadan nəzər saldıqda, meydana bir sıra maraqlı suallar çıxır və onlara cavab tapılması zərurəti aydın hiss edilir. Deyilənlər ümumilikdə Tovuz hadisələrinin geosiyasi analizinə geniş diqqət yetirmək ehtiyacını ortaya qoyur.

Təxribatçıya layiqli cavab: Ermənistan ağır zərbə aldı

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan 300 kilometr uzaqlıqda olan Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində növbəti hərbi təxribat törətməsi və layiqli cavabını alması geosiyasi proseslərə ciddi təsir etdi. Erməni ordusunun qorxaq və aciz hərəkəti hətta onun havadarlarında belə ikrah hissi oyatdı. Ermənistan ordusunun vurğulanan istiqamətdəki bölmələri qəfil həmlə ilə Azərbaycanın strateji əhəmiyyətli hərbi postunu ələ keçirməyə cəhd göstərmişdi. Azərbaycan Ordusu qətiyyətli zərbə ilə ilk əks-həmlədə təcavüzkarın onlarla əsgərini məhv etmişdi. Buna “qəzəblənən” ermənilər geniş hücuma keçməyə cəhd göstərmişdilər. Və nəticəsi o oldu ki, 100-ə yaxın canlı qüvvə, onlarla hərbi texnika, hərbi qərargah, pilotsuz uçan aparatlar itirdilər.

Onda Nikol Paşinyan KTMT-yə yalvarmağa başladı ki, vəziyyətə müdaxilə etsin. Oradan da rədd cavabı alandan sonra “sülh”dən danışmağa başladı. Lakin bütün bu gedişatın arxasında bir sıra hərbi və geosiyasi məqamlar dayanırdı ki ekspertlər, onları geniş analiz etməyə böyük maraq göstərirlər. Məsələ həm regional, həm də qlobal miqyasda geosiyasi dinamika, böyük dövlətlərin əməkdaşlıq kursu və sabitliyin təmini yolları ilə sıx bağlıdır. Bütün bu vacib məqamlar da öz növbəsində müxtəlif sferalarda (məsələn, energetika, hərbi, nəqliyyat və s.) əməkdaşlığın məzmunu ilə əlaqəlidir. Həmin məqamlar prizmasından Ermənistan rəhbərliyinin Tovuz istiqamətində törətdiyi hərbi avantüra son dərəcə həssas geosiyasi-hərbi faktorlar, sabitliyin təmini problemi və əməkdaşlıq məqamları ilə sıx bağlıdır.

Ekspertlər öncə hansı səbəblərdən işğalçı Ermənistanın münaqişə zonasından yüz kilometrlərlə uzaqda olan istiqamətdə fəallaşmaq niyyətini aydınlaşdırmağa çalışır, bu məsələdə onun havadarlarının təhrikedici rol oynaya bilməsindən bəhs edirlər. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu təxribatın arxasında kimlərin durduğunu bilirik” bəyanatını verməsi təsadüfi sayılmır. Yəni, faktiki olaraq, məsələ böyük geosiyasi-hərbi təxribatla əlaqəli görünür. Məqsəd nə ola bilərdi?

Bu suala da ekspertlərin cavablarında ortaq məqamlar özünü göstərməkdədir. Hər şeydən öncə, diqqəti ona yönəldirlər ki, Tovuz Türkiyəyə və Avropaya gedən enerji marşrutlarının üstündədir. Bu əraziyə ermənilərin hərbi nəzarətini təmin etməklə öz siyasi və geosiyasi şərtlərini diktə etmək xülyasına qapılanlar olub. Azərbaycan Ordusunun öldürücü zərbələri onların arzularını gözlərində qoydu. Onu da vurğulayaq ki, bu hadisədən əvvəl dünya mətbuatı Türkiyənin Azərbaycandan daha çox qaz almağa başladığı barədə informasiya yaymışdı. Bunun fonunda Rusiyanın qaz ixracının azalması haqqında da informasiyalar yayılırdı. Bu iki informasiyanı eyni məntiqi çərçivəyə saldıqda düşündürücü qənaətlər əldə etmək olur.

Digər tərəfdən, ekspertlər Ermənistanın daxili vəziyyətinin daha da ağırlaşdığını vurğulayırlar. N.Paşinyanın siyasəti, faktiki olaraq, iflasa uğrayıb. Cəmiyyət və siyasi müxalifət ciddi narazılıqlarını bildirirlər. Yaranmış vəziyyətdən çıxmaq üçün N.Paşinyan iqtidarı xarici təhlükə amilinə yeni nəfəs verməyə çalışıb və xeyli dərəcədə də buna nail olub. Çünki Azərbaycan Ordusu o qədər güclü əks-zərbə endirdi ki, ermənilər şübhə etmədilər ki, müharibə genişlənsə, onlar məhv ola bilərlər.

Digər məqam Ermənistan siyasi rəhbərliyinin Dağlıq Qarabağdan diqqəti yayındırmaq üçün münaqişə zonasından uzaqda yeni münaqişə ocağı yaratmaq və ona bir neçə dövləti cəlb etmək məqsədinin olması ilə izah edilir. Həmin dövlətlər başda Rusiya olmaqla KTMT-nin üzvləridir. Yəni, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan. Bununla erməni siyasi rəhbərliyi Azərbaycana olan təcavüzünü beynəlxalq miqyasda ört-basdır etməklə fərqli istiqamətə yönəltməyi nəzərdə tuta bilərdi.

Bu cəhd də tam iflasa uğradı. KTMT üzvləri bu bəsit niyyəti açıq şəkildə rədd etdilər və Azərbaycana dost olduqlarını birbaşa dedilər. O cümlədən Rusiya Azərbaycanın onun üçün qiymətli tərəfdaş olduğunu bəyan etdi və tərəfləri sabitliyi təmin etməyə dəvət etdi. Bu, əslində, Ermənistana xəbərdarlıq idi ki, ona görə Azərbaycanla münasibətləri korlamaq fikrində deyil. N.Paşinyan bundan çox pərt oldu. Onun Minskdə narazılığını ifadə etməsi və buna elə də fikir verilməməsi ekspertlərin diqqətindən yayınmadı. Məhz oradan qayıtdıqdan sonra N.Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb və qərara alıblar ki, “sülh yolu”nu seçsinlər. Rəsmi İrəvan nə Moskvadan, nə də Minskdən gözlədiyi dəstəyi ala bilmədi.

Nəhayət, ekspertlər istisna etmirlər ki, rəsmi İrəvan 2016-cı il Aprel döyüşlərinin psixoloji travmasından qurtulmaq üçün 2020-ci ilin iyul hadisələrini öz xeyirləri üçün yaratmağa cəhd göstərdilər. Amma yeni bir güclü psixoloji zərbə aldılar. İndi onlar həm aprel, həm də iyul döyüşlərinin acısını siyasi, hərbi və psixoloji olaraq çəkirlər. Məhz bu səbəbdəndir ki, son zamanlar erməni hərbçiləri yenə də Tovuz istiqamətindən hücumlara cəhd göstərirlər və əzilib geri çəkilirlər.

Minsk qrupunun həmsədrləri: susqunluq, passivlik və ədalətsizlik...

Bütün bunların geosiyasi anlamı da çox aktualdır. Həmin kontekstdə üç aspektdə geosiyasi məqam üzərində düşünməyə ehtiyac görünür. Ekspertlər onların sırasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini ayrıca vurğulayırlar. Doğrudan da, əgər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq qrup mövcuddursa və onların problemi həll etmək üçün konkret proqramları vardırsa, Tovuz təxribatına ciddi və dərhal reaksiya verməli olduqları aydındır. Lakin reallıqda vəziyyət necə oldu?

Birincisi, ekspertlərə görə, əslində, rəsmi İrəvanın növbəti hərbi avantürası uzun illərdir ki, həmsədrlərin passivliyi və qeyri-obyektiv davranışlarının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məsələnin bu tərəfinə vurğu edib. Prezident İlham Əliyev birbaşa sual edir və cavab tələb edir ki, Minsk qrupu hansı səbəblərdən bu dərəcədə passiv və etinasızdır. Onlar real, substantiv danışıqlar aparmaq əvəzinə, danışıqları imitasiya ilə məşğuldurlar. Faktiki olaraq, bu cür davranışları ilə təcavüzkarı himayə edirlər, onun işğal siyasətinə dəstək verirlər. Lakin Azərbaycan bu vəziyyətə sona qədər dözmək fikrində deyil. Prezident İlham Əliyev qətiyyətlə tələb edir ki, ya danışıqlar real məzmunlu olmalı, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə uyğun olaraq münaqişə həll edilməli, ya da Minsk qrupunun tərkibi dəyişməlidir. Danışıqlar yolunu bundan sonra da imitasiyaya çevirməyə Azərbaycan imkan verməyəcək, öz haqqını daha sərt şəkildə tələb edəcək.

Türkiyə rəhbərliyi də Azərbaycanın bu aspektdə bütün fikirləri və tələbləri ilə razıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Minsk qrupu həmsədrlərini kəskin tənqid edib, heç bir iş görmədiklərini dəfələrlə vurğulayıb. Pakistan rəhbərliyi də eyni mövqedədir. Hətta Rusiya Dövlət Dumasının bir sıra üzvləri Tovuz hadisələrindən sonra Minsk qrupunun fəaliyyətsizliyini tənqid edirlər. Onlar Azərbaycanın işğal olunmuş ərazilərindən təcavüzkar qüvvələrin çıxarılması zərurətini vurğulayırlar.

Lakin bütün bunlardan sonra belə, görünür ki, Minsk qrupu həmsədrləri fəaliyyətlərində dönüş etmək fikrində deyillər. Onlar demək olar ki, əvvəlki ümumi sözləri, təsirsiz “sülhün” tövsiyələrini təkrarlayırlar. Eyni zamanda, həmsədrlərin təcavüzkara yardımlar etməyə davam etdikləri barədə də informasiyalar yayılır.

İndi ekspertlər üçün aktual olan suallardan biri Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində vasitəçilik missiyasının böhran keçirməsi ilə bağlıdır. Haqlı olaraq hesab edilir ki, Minsk qrupu üzərinə düşəni yerinə yetirmir və ya yetirə bilmir. Belə olduğu halda bu, vasitəçilik institutunun iflasımı deməkdir? Birmənalı nəticə çıxarılmasa da, mütəxəssislər hesab edirlər ki, bu sahədə mövcud vəziyyəti kəskin surətdə dəyişmək gərəkdir. Başqa yolla münaqişəni həll etmək mümkün olmayacaq. Ermənilər danışıqları müxtəlif bəhanələrlə dalana dirəməkdə, təxribatlar törətməkdə davam edəcəklər. Bu səbəbdəndir ki, Minsk qrupu həmsədrlərinin susması fonunda dinc yolla həll imkanlarının ciddi şübhə altında qalmaqda davam etdiyini söyləmək olar. Tovuz hadisələri həm də bu məqamı bir daha təsdiq etdi.

Belə çıxır ki, Minsk qrupunun, faktiki olaraq, iki yolu vardır. Birincisi, fəaliyyətini ciddi surətdə dəyişməli, onu konstruktiv və real müstəviyə yönəltməlidir. Bu istiqamətdə həmsədrlərin tərkibi də dəyişə bilər. O cümlədən müsəlman ölkələrindən buraya üzv seçmək olar. Paralel olaraq, Ermənistanın qarşısında BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə əməl etməsi şərti konkret və kəskin qoyulmalıdır.

İkincisi, Minsk qrupu münaqişəni həll etmək iqtidarında olmadığını açıq bəyan etməli və başqa vasitəçilərin prosesə müdaxiləsi zəruriliyini bildirməlidir. Çətin ki, ikinci varianta üstünlük verilsin. Həmsədrlər çalışacaqlar ki, öz geosiyasi maraqlarını təmin etmək üçün vəziyyəti indiki halda saxlasınlar. Reallıq isə başqa tələblər qoyur. Deməli, getdikcə daha aydın olacaq ki, münaqişənin ədalətli həllinə əngəl törədən faktorlar sırasında həmsədrlər sonuncu yeri tutmurlar. Bu isə, bizim qənaətə görə, yaxın zamanlarda Minsk qrupunun vasitəçilik fəaliyyətində növbəti böhranın meydana çıxmasına səbəb ola bilər.

ABŞ, Fransa və Rusiya: böyük dövlətlərin “vasitəçiliyi”...

Məhz bu risk kontekstində digər iki geosiyasi aspekt üzərində dayanmağa ehtiyac görürük. Onlardan biri Rusiya, ABŞ və Fransanın Cənubi Qafqazda geosiyasi dinamikaya bundan sonra hansı təsirləri göstərə biləcəkləri ilə bağlıdır. Bu üç dövlət Minsk qrupunda həmsədr olmaqla yanaşı, qlobal miqyasda geosiyasi nüfuz uğrunda fəal mübarizə aparanlar sırasındadırlar. Onların Ermənistana münasibətlərində də müəyyən kəsişən məqamlar mövcuddur. Hər üçü Ermənistanı dəstəkləyir. Amerika əsas olaraq maliyyə və diplomatiya sahəsində İrəvana himayədarlıq edir. N.Paşinyanın hakimiyyətə gətirilməsində ABŞ-ın rolu danılmazdır. Amerikanın Ermənistandakı keçmiş səfiri də fəaliyyət müddəti bitənə yaxın demişdi ki, Ermənistanda onların fəaliyyəti nəticəsində geniş sosial şəbəkə yaradılıb və küçələrə onlar çıxarılıb. Ayrıca, Soros fondunun Ermənistanda “rəngli inqilab”ı maliyyələşdirdiyi haqqında yazırlar. Deməli, münaqişənin həllini dalana dirəyən N.Paşinyana həmsədr ölkələrdən biri yardım edib və edir. Buna nə ad vermək olar? Və Vaşinqton sözdə deyilməsinə baxmayaraq, nə dərəcədə münaqişənin həllində obyektiv, ədalətli və tərəfsiz ola bilər?

Gələk Fransaya. Bu ölkənin Prezidenti Emmanuel Makron açıq deyir ki, “fransızlarla ermənilər qohumdurlar”. Bundan başqa, Fransa yeganə Avropa ölkəsidir ki, qondarma “erməni soyqırımı”nı inkar edənləri həbs edir. Ermənistan Frankofoniya məkanına daxil olan ölkə kimi təqdim olunur. Fransa erməni diasporuna hər cür dəstəyi verir. Fransa Ermənistanı danışıqlar zamanı aktiv müdafiə edir. Xatırlayaq ki, erməni prezidentlər danışıqlarda hər hansı bir böhran yaranan kimi Parisə üz tuturlar. Tovuz hadisələrindən sonra da rəsmi Paris ağzına su alıb durur. Əvəzində, Türkiyənin geosiyasi fəaliyyətinə qısqanclıqla yanaşdığını ifadə edən addımlar atır. Belə bir həmsədr hansı dərəcədə ədalətli və obyektiv ola bilər? Mümkün deyildir!

Nəhayət, Rusiya. Hələ 1997-ci ildə Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. O zaman Dövlət Dumasının qapalı iclasında mərhum general Lev Roxlin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzəsində bildirmişdi ki, yeni silahlar Ermənistana göndərilir. Sənədlərdə yazılır ki, həmin silahlar ucuz qiymətə silinir. Bu prosesə Ermənistan müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə müavini general-mayor A.Stepanyan rəhbərlik edirmiş. Azərbaycan Rusiyanın Ermənistana silah verməsi ilə bağlı narahatlığını Moskvaya dəfələrlə bildirməsinə baxmayaraq, Kreml tam laqeyd münasibət göstərmişdi. Onu da qeyd edək ki, bu silahlar 1993-cü ildən etibarən göndərilməyə başlamışdı. General L.Roxlinə gəldikdə isə, 3 iyul 1998-ci ildə onu Moskva yaxınlığındakı bağ evində qətlə yetirdilər. Qatil isə hələ də “tapılmayıb”...

Buna bənzər çoxlu misallar göstərmək olar. Lakin hamı bilir ki, Rusiya Ermənistana havadarlıq edir, ona silah satır, müxtəlif yardımlar göstərir, özünün yaratdığı regional təşkilatlara daxil edir. Kreml istədiyi halda Ermənistan rəhbərliyini geosiyasi şərtlərə əməl etməyə məcbur edir. Bir sözlə, Ermənistan aciz forpost kimi Rusiyanın oyuncağı olaraq qalır. Və bu halda belə Ermənistan Dağlıq Qarabağ məsələsində Rusiyanı “eşitmir” (Bəşər Əsəd də Suriyada Moskvanı “eşitmir”, lakin siyasətə gələndə, Kremldə deyirlər ki, Suriyanı Rusiya xilas edib). Ermənilər danışıqları pozur, lakin Rusiyanın onu yola gətirməyə “gücü çatmır” və s.

İndi Tovuz hadisələrindən də Rusiyanın “xəbəri olmayıb” və münaqişə edənlərə “dava salmayın” tövsiyəsini verir. Kreml bununla kifayətlənmir - Ermənistana iyulun 17-dən avqustun 4-dək 400 tondan artıq silah-sursat göndərilib. Kimə qarşı? Əlbəttə, Azərbaycana qarşı. Buna görədir ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bu məsələnin aydınlaşdırılmasını istəyib. Və Azərbaycan cəmiyyətini Rusiyanın bu cür hərəkətləri narahat edir. Təəssüf ki, bu aspektdə vəziyyət əvvəlki kimi qalır və Moskvanın obyektiv, ədalətli mövqe tutmasına ümid edilir.

Türkiyə-Azərbaycan əməkdaşlığı: regionun sabitliyi və tərəqqisi naminə...

Digər geosiyasi aspekt Türkiyənin regionda fəallığı ilə bağlıdır. Türkiyə Tovuz hadisələri zamanı birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bunu Ankara konkret əməldə də göstərdi. Azərbaycana lazım olan dəstək hərbi, siyasi və diplomatik kanallarla göstərildi. Türkiyə Prezidenti Rusiya rəhbərliyi ilə vəziyyəti açıq müzakirə etdi və sabitliyin təmini ilə bağlı ortaq qənaət əldə edildi. Rusiya ilk dəfə etiraf etdi ki, Cənubi Qafqazda Türkiyənin maraqlarının olduğunu qəbul edir. Bu, ciddi siyasi-diplomatik uğur idi. Rəsmi Bakı da kifayət qədər qətiyyət və inamla addımlar atdı. Prezident İlham Əliyev Ermənistanı təkbətək döyüşə çağırdı. İrəvandan səs çıxmadı. Havadarları da susdu. Deməli, bilirlər ki, Azərbaycan həm haqlı, həm də güclüdür. Maraqlıdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıq etiraf etdi ki, təxribatı Ermənistan törədib və buna görə məsuliyyət daşıyır. Bu, erməni diplomatiyasına güclü zərbədir. Və həm də Moskvanın Cənubi Qafqaz siyasətində dəyişiklik edə biləcəyindən xəbər verir.

Bunların fonunda Türkiyə-Azərbaycan əməkdaşlığı və hərbi təlimləri daha möhtəşəm görünür. Bu kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri dolğunluğu və strateji mənası ilə olduqca möhtəşəm səslənir. Dövlət başçısı ifadə edib: “Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir... Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qətiyyətlə ifadə edib ki, qardaş Azərbaycana bütün imkanları ilə dəstək verirlər və bu, davam edəcək. Türkiyə Ordusu Azərbaycanın ixtiyarındadır. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın da bu bağlılıqda fikirləri olduqca maraqlıdır. Türkiyəli nazir deyib: “Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

Yuxarıda vurğulananları ümumiləşdirib bir neçə nəticə çıxara bilərik. Hər şeydən öncə, Ermənistan və onun güclü havadarları bir daha əmin oldular ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü Ordudur. Qısa bir müddətdə Tovuz istiqamətində Ermənistanın çoxlu sayda hərbi texnikasını, silahını və canlı qüvvəsini dəqiq zərbələrlə məhv edən bir Ordunun qarşısında dayana bilməzlər. Həmin mənada Tovuz hadisələri təcavüzkara və ona arxa duranlara yeni bir xəbərdarlıqdır. Digər tərəfdən, aydın oldu ki, ATƏT-in Minsk qrupu indiki vəziyyəti ilə münaqişəni həll etmək iqtidarında deyil. Bu format ya təkmilləşməli, ya da buraxılmalıdır. Azərbaycan artıq danışıq xatirinə danışmayacaq. Real nəticəli müzakirələrə istiqamətlənəcək. Son zamanlar Azərbaycan rəhbərliyi və XİN-in fəaliyyəti də bu qənaəti tam təsdiq edir.

Bunlardan başqa, o da aydınlaşır ki, ABŞ, Fransa və Rusiya Cənubi Qafqazdakı fəaliyyətlərinə düzəliş etməyə məcburdurlar. Başqa halda onların burada öz nüfuzlarını qoruması böyük risk altında qalmış olur. Regiondakı münaqişələrin həllinə ədalətli və obyektiv yanaşmaqdan başqa yol qalmayıb.

Nəhayət, bir daha təsdiq olundu ki, Cənubi Qafqazda geosiyasi sabitliyin qarantı Türkiyə-Azərbaycan əməkdaşlığıdır. Bu iki qardaş dövlət beynəlxalq hüquq normaları çərçivəsində sülh, barış, əməkdaşlıq və inkişafın olması tərəfdarıdırlar. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşəcəyini və genişlənəcəyini proqnozlaşdırmaq olar. Bu, bütün region xalqlarının rifahı üçün olduqca əhəmiyyətli haldır!

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb