“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezislər qəbul olunur
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.
Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul ediləcək.
Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [14:03]
Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]