Cermeyn Defo İngiltərə klubunun baş məşqçisi postundan ayrılıb
Bakı, 24 iyul, AZƏRTAC
İngiltərə millisinin və “Tottenhem”in sabiq futbolçusu Cermeyn Defo V Liqa təmsilçisi “Uokinq” klubunun baş məşqçisi vəzifəsini tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
43 yaşlı mütəxəssis bu ilin aprel ayından komandaya rəhbərlik edirdi. Aşağı liqa təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.
Qeyd edək ki, Cermeyn Defo məşqçilik karyerası ərzində daha əvvəl “Tottenhem”in gənclər komandasında məşqçi, həmçinin Şotlandiyanın “Reyncers” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]