Ceyhun Bayramov Moskvada Ermənistanın danışıqlar prosesi ətrafında manipulyasiyasına diqqəti cəlb edib
Moskva, 23 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında Moskva görüşü ərəfəsində baş verən proseslərdən danışıb.
AZƏRTAC xəbər verir ki, nazir Ermənistan tərəfinin apardığı manipulyasiya prosesinə diqqəti cəlb edib.
O bildirib ki, Moskva danışıqları ərəfəsində - dekabrın 21-də Ermənistan tərəfi Azərbaycana yeni təkliflər paketi təqdim edib və bu barədə ictimaiyyətə məlumat verib. Eyni vaxtda erməni teleqram kanalları Azərbaycanın danışıqlarda iştirakdan imtina etdiyi barədə xəbərlər yayıb. Bununla da beynəlxalq ictimaiyyətdə yalan təəssürat yaradılıb.
“Dünən mövzu yeni səviyyəyə qalxdı, Ermənistanın baş naziri parlamentdə çıxışında Azərbaycan tərəfinə yeni təkliflər paketi verildiyini və Ermənistanın bu təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirdi”, - deyə nazir qeyd edib.
C.Bayramov vurğulayıb ki, bu, Ermənistanın real prosesə deyil, onun imitasiyasına cəhd göstərir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]