Ceyhun Bayramov: Regionda davamlı inkişaf üçün işğalçılıq siyasətinə son qoyulmalıdır
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ceyhun Bayramov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən bəhs edib.
Nazir Ermənistanın pozuculuq fəaliyyətlərindən danışarkən deyib ki, açıq münaqişələr bölgənin davamlı inkişafına və sabitliyinə təhdid yaradır. Regionda davamlı inkişaf və tərəqqinin olması üçün işğalçılıq siyasətinə son qoyulmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksək strateji əməkdaşlıq bölgənin inkişafına töhfəsini verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]