CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ DAMA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da Ədliyyə Nazirliyinin 6 nömrəli cəzaçəkmə müəssisəsində Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə dama üzrə turnir keçirilmişdir.
Cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin islah işləri və sosial müdafiə idarəsinin rəisi Azər Seyidov bildirmişlər ki, müəssisədə məhbuslar arasında tərbiyə işlərinin aparılmasına, onların asudə vaxtlarının, o cümlədən idman yarışlarının təşkilinə xüsusi diqqət yetirilir. Vurğulanmışdır ki, əsas məqsəd idmana marağı artırmaqla yanaşı, məhbuslarda müsbət keyfiyyət və vərdişlərin aşılanmasına nail olmaqdır.
Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov idmanın cəzaçəkmə müəssisələrində təbliğinin əhəmiyyətindən danışmış, Ədliyyə Nazirliyi ilə müvafiq razılaşmaya əsasən belə tədbirlərin gələcəkdə də keçiriləcəyini bildirmişdir.
Olimpiya sistemi üzrə keçirilən yarışın sonunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]