“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov 6-cı turda məğlub olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 6-cı turda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmada məğlub olub (3:4).
Qeyd edək ki, şahmatçımız Teymur Rəcəbov isə ABŞ-ın digər təmsilçisi Uesli Soya 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Hazırda təmsilçimiz T.Rəcəbov 18 xalla 3-cü sıradadır. Ş.Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinin lideri 28,5 xalla Maqnus Karlsendir.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]