Çaylarda sululuqla bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 30 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4, Qanıx çayının Əyriçay məntəqəsində isə 2 santimetr azalma qeydə alınmışdır.
Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsində 5, Şirvanda 1, Bankədə 4, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində isə 19 santimetr artım müşahidə olunmuşdur.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]