Çaylarda suyun səviyyəsi artmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən noyabrın 19-da çaylarda sululuqla bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-180, Kiçik Qafqaz çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 60 faizini təşkil etmişdir.
Noyabrın 19-u gecə və səhərədək yağan yağışlarla əlaqədar Lənkərançay-Lənkəranda suyun səviyyəsində 20, Lənkərançay-Sifidorda 5, Vəşərüçay-Daştatükdə isə 2 santimetr artım qeydə alınmışdır.
Son üç gündə Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsinin 10, Şirvanda 13, Salyanda 31, Bankədə 8 santimetr artdığı müşahidə olunmuşdur. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 7 santimetr azalmışdır.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]