Çempionlar Liqası: “Arsenal” “Portu”ya, “Barselona” “Napoli”yə qarşı
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Arsenal” doğma meydanda Portuqaliya təmsilçisi “Portu”nu qəbul edəcək. London klubu ilk matçda 0:1 hesabı ilə məğlub olub. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Eyni saatda “Barselona” İspaniyada “Napoli” ilə qarşılaşacaq. Komandalar arasında keçirilən ilk matç qollu sülhlə yekunlaşıb – 1:1.
Qeyd edək ki, daha əvvəl “Bavariya” və PSJ adlarını dörddəbir finala yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]