Çempionlar Liqası: dörddəbir finala vəsiqə qazanan daha iki komandanın adı müəyyənləşib
Bakı, 18 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 18-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində daha iki cavab oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Londonun “Çelsi” klubu “Atletiko Madrid” komandasını qəbul edib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi cavab görüşündə 2:0 hesabla üstün olub. Oyunda qolların müəllifi Hakim Ziyeş (34-cü dəqiqə) və Emerson (90+4) olub.
Günün digər qarşılaşmasında “Bavariya” Almaniyada “Latsio”nu sınağa çəkib. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisi səfər matçında da rəqibini Robert Levandovskinin (33) və Maksim Şupo-Motinqin (73) qolları sayəsində üstələyib. "Latsio"nun yeganə qoluna isə matçın 83-cü dəqiqədə Marko Parolo imza atıb.
Beləliklə, "Bavariya" və "Çelsi" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Bundan əvvəl “Borussiya Dortmund”, “Portu”, “Liverpul”, “Mançester Siti”, “Real Madrid” və “Paris Sen-Jermen” klubları dörddəbir final mərhələsinə adlamışdı.