Çempionlar Liqası: KuPS və “Sabah” komandalarının start heyətləri açıqlanıb
Bakı, 28 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyada üz-üzə gələcək KuPS və “Sabah” komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 19:00-da Kupio Mərkəzi Stadionunda start götürəcək matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
KuPS: 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 11. Xayme Moreno, 16. Tommi Yuryu, 22. Sayku Turey, 24. Bob Arma.
Baş məşqçi: Miika Nuutinen.
“Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]