Çempionlar Liqasında dördüncü turun oyunlarına start verilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində dördüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, A, B, C və D qruplarında yer alan komandalar növbəti oyunlarına çıxıblar.
A qrupunun liderləri “Real” və PSJ komandalarının aktivində 7 xal olduğundan, bu qarşılaşma liderin müəyyənləşməsi baxımından əhəmiyyətli idi.
B qrupunda “Volfsburq” PSV-nin qonağı olub. Hollandiyalılar 2 cavabsız qolla qalib gəlib. “Mançester Yunayted” isə Moskva MOİK-ni qəbul edib.
C qrupunda da liderlə sonuncu pillədəki komandalar qarşılaşıblar. “Atletiko” “Astana” səfərində xal itirib. Qrup üçüncüsü “Qalatasaray” isə “Benfika”ya məğlub olub.
D qrupunda “Yuventus” Mönhenqladbax “Borussiya”sı ilə xalları bərabər bölüb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı məğlub edib. "Şəhərlilər" qrupdan çıxmağı təmin ediblər.
A qrupu
“Real” (İspaniya) - PSJ (Fransa) - 1:0
Qol: Naço, 35
“Şaxtyor” (Ukrayna) - “Malmö” (İsveç) - 4:0
Qollar: Qladki, 29, Srna, 48, Alves, 55, Teyşeyra, 73
B qrupu
PSV (Hollandiya) - “Volfsburq” (Almaniya) - 2:0
Qol: Lokadia, 56, de Yonq, 86
“Mançester Yunayted” (İngiltərə) - MOİK (Rusiya) - 1:0
Qol: Runi, 79
C qrupu
“Astana” (Qazaxıstan) - “Atletiko” (İspaniya) - 0:0
“Benfika” (Portuqaliya) - “Qalatasaray” (Türkiyə) - 2:1
Qollar: Conas, 52, Luizao, 67 - Podolski, 58
D qrupu
“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Yuventus” (İtaliya) - 1:1
Qollar: Conson, 18 - Lixtştayner, 44
“Sevilya” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 1:3
Qollar: Tremulinas, 24 - Sterlinq, 8, Fernandinyo, 11, Boni, 36