Çen Xuacye: Yeni elektrik stansiyası regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Tikiləcək yeni elektrik stansiyası DEC-nin Qafqaz bölgəsində həyata keçirdiyi ən böyük enerji layihəsi olduğundan bütün şirkətimiz bu məsələyə çox böyük əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.
“Dizayn, istehsal, quraşdırma və istismara nəzarət xidmətlərində mükəmməlliyə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik, həmçinin avadanlıq təchizatının və göstəricilərin vaxtında yüksək keyfiyyətlə tamamlanmasını təmin etmək üçün bütün gücümüzdən istifadə edəcəyik. DEC çətinliklərin öhdəsindən gələcək, uğurlu enerji istehsalına nail olmaq, müasir və səmərəli elektrik stansiyası tikmək üçün tam dəstəyini göstərəcək. Biz etimadı doğruldacağıq və Azərbaycan xalqının gələcəyinə öz töhfəmizi verəcəyik”, - deyə Çen Xuacye qeyd edib.
“Dongfang” şirkətinin baş direktoru əmin olduğunu bildirib ki, yeni elektrik stansiyası nümunəvi elektrik stansiyası kimi xidmət edəcək və regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]