“Chessable Masters”: Maqnus Karlsen Liren Dinq, Aniş Giri isə Yan Nepomnyaşi ilə qarşılaşacaq
Bakı, 1 iyul, AZƏRTAC
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında final uğrunda mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Maqnus Karlsen çinli Liren Dinq, hollandiyalı Aniş Giri Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinalın ilk matçlarında A.Giri Y.Nepomnyaşi, M.Karlsen L.Dinq üzərində qələbə qazanıb.
Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]