Çətənə kolları əkən Şirvan sakinləri cinayət məsuliyyətinə cəlb olunublar
Bakı, 27 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Şahbazovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 çətənə kolu aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun evinin həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]