ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV KLAUSA
Hörmətli cənab Prezident,
Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında genişlənən əlaqələr, dostluq və əməkdaşlığımız xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Çexiya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 oktyabr 2005-ci il.