Çexiya Ukraynaya yeni tanklar verir
Kiyev, 10 yanvar, AZƏRTAC
Çexiya hökuməti Ukraynaya tankların yeni partiyasını təhvil verməyə hazırlaşır. Onlardan birini baş nazir Petr Fiala imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fiala tviter səhifəsində məlumat verib.
Çexiyanın baş naziri qeyd edib ki, Ukraynaya T-72 tankları göndəriləcək.
"Ukraynaya gedəcək T-72 tankında cəsur ukraynalı müdafiəçilərə qısa mesaj yazdım. İnanıram ki, ukraynalılar rus işğalçısına qarşı mübarizədə qalib gələcəklər", - o yazıb.
Fiala həmçinin əlavə edib ki, Ukraynaya TREVA 30 evakuasiya maşını veriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]