Çexiyada və Almaniyada səsvermə davam edir
Praqa, 7 fevral, AZƏRTAC
Praqa və Berlində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə davam edir.
Praqada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 43 saylı seçki məntəqəsi saat 08:00-da açıq elan edilib.
Berlin şəhərində açılmış 17 saylı Yasamal III seçki dairəsi üzrə 42 saylı seçki məntəqəsi də saat 08:00-dan fəaliyyət göstərir.
Çexiya və Almaniyada yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər. Səsvermə prosesi normal qaydada və pozuntusuz keçir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa