Çimərlik voleybolu üzrə yığmanın üzvü: Bu nəticə Azərbaycan idmanı üçün böyük uğurdur
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyədə çimərlik voleybolu üzrə ilk dəfə olaraq keçirilən Avropa Kubokunda komandamız çempion oldu. Bu nəticə həm Azərbaycan voleybolu, həm də idman ictimaiyyəti üçün çox böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri çimərlik voleybolu üzrə Azərbaycan yığmasının üzvü Vüqar Bayramov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb: “Təbii ki, Avropa Kubokunda iştirak edən komandaların hər biri güclü idi. Qarşılaşmalar gərgin mübarizə şəraitində keçdi. Lakin hər şeyə rəğmən biz qalib olmağı bacardıq. Bu münasibətlə bütün komanda yoldaşlarımı təbrik edirəm”.
Voleybolçu Azərbaycanda idmanın inkişafı istiqamətində böyük işlərin görüldüyünü bildirib: “Təbii ki, bizim çempionluğumuz da bunun bariz nümunəsidir. Ümid edirəm ki, bu kimi nəticələr davamlı olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]