ÇİMƏRLİKLƏRDƏ XİLASETMƏ İŞLƏRİ GÜCLƏNDİRİLƏCƏK
Dövlət Sularda Xilasetmə İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mövsümə hazırlıq məqsədi ilə idarəyə məxsus xilasetmə avadanlığı təmir edilmiş, 2 kater, 50-yə yaxın xilasetmə gödəkcəsi və dairələri alınmışdır. Ötən illə müqayisədə bu il idarəyə ayrılan vəsaitin məbləği də 50 milyon manat artırılmışdır. İyunun 10-dək 37 dövlət çimərliyində təmir işləri başa çatdırılacaqdır.
Respublikamızda 70-ə yaxın özəl, 40-a yaxın dövlət çimərliyi vardır. Onlardan yalnız 3-ü - “1001 gecə”, DİN-nin “Azərbaycan” istirahət mərkəzi və 2 nömrəli pansionat idarəmizlə müqavilə bağlamışdır.