ÇİN DÜNYANIN YÜKSƏK TEXNOLOGİYALI ELEKTRONİKA BAZARININ BAŞLICA İXRACÇISINA ÇEVRİLMİŞDİR
2004-cü ildə Çinin kompüter, mobil telefonlar, rəqəmli kameralar və digər belə məhsullar ixracının həcmi 180 milyard dollara çatmışdır. Beləliklə, Çin uzun illər bu sahədə lider olan ABŞ-ı ötmüşdür. Keçən il ABŞ-dan bu məhsulların ixracının həcmi 150 milyard dollardan artıq olmamışdır.
Hazırda dünyanın yüksək texnologiyalı elektronika məhsulları istehsal edən aparıcı şirkətlərinin əksəriyyəti Çin bazarında təmsil olunur. Onların çoxunun öz yığma müəssisələri və elmi tədqiqat mərkəzləri var. Bazarın bu bölməsində Çin sənayesinin başlıca nailiyyətlərindən biri “Lenovo” şirkətinin ABŞ-ın “Ay-Bi-Em” korporasiyasının istehsal obyektlərini almasıdır. Bu sövdələşmədən sonra “Lenovo” şəxsi kompüterlər istehsalı sahəsində dünyada üçüncü yerə çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]