Çin eyni raketlə 41 peyki orbitə çıxarmaqla rekordunu yeniləyib
Pekin, 15 iyun, AZƏRTAC
Çin “Böyük yürüş-2D” (“Long March-2D”) daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyuan kosmodromunda yerli vaxtla saat 13:30-da baş tutub. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də “Licien-1” raketi ilə orbitə 26 peykin çıxarılması olub.
“Böyük yürüş-2D” raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyatlarının, mineral resursların və “ağıllı şəhər” layihələri üzrə məlumatların məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı “Cilin-1” seriyasındadır. Bununla orbitdəki “Cilin-1” peyklərinin sayı 108-ə yüksəlib.
Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 476-cı raket buraxılışı olub.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]