ÇİN İPƏK YOLUNU YUNESKO-NUN DÜNYA MƏDƏNİ İRSİ SİYAHISINA SALMAĞI TƏKLİF EDİR
Çini Yaxın Şərq və Avropa ilə birləşdirən İpək Yolu Xan sülaləsinin (eramızdan əvvəl 206-cı il - eramızın 24-cü ili) hakimiyyəti dövründə yaradılmışdır. Karvanlar uzunluğu təxminən 12 min kilometr olan, o cümlədən 4 min kilometri Çindən keçən həmin yol ilə gedib-gəlirdilər. Karvan yolunun intensivliyi VII əsrədək davam etmişdir. Bu marşrut sayəsində iki qitə arasında iqtisadi və mədəni əlaqələr genişlənirdi. Avropa çap üsulunu, habelə kağızın hazırlanması və ipək parça toxunması texnologiyalarını məhz Çindən öyrənmişdir. Çin özü isə Yaxın Şərq ölkələrinin və Qərbin müxtəlif sahələrdə qazandıqları nailiyyətlərdən faydalanırdı.
İpək Yolunun YUNESKO-nun siyahısına salınması təklifi ilə 10 ölkə çıxış etməlidir. Çinlilər Orta Asiyanın beş ölkəsini bu təklifi dəstəkləməyə inandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]