Çin ordusunun Tayvan ətrafında hərbi təlimləri başa çatıb
Bakı, 10 aprel, AZƏRTAC
Çin Silahlı Qüvvələri aprelin 10-da Tayvan ətrafında hərbi manevrləri başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Xalq Azadlıq Ordusunun şərq zonasının döyüş komandanlığı məlumat yayıb.
“Çin Silahlı Qüvvələri aprelin 8-10-da Tayvan ətrafında keçirilən “Birləşmiş iti qılınc” təlimlərini və patrulu uğurla yekunlaşdırıb”, - deyə bəyanatda bildirilir.
Təlimlərin gedişində Çin ordusu real hərbi münaqişə şəraitində müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət bacarıqlarını nümayiş etdirib. “Hərbi komandanlığın şərq zonası istənilən an döyüşə hazırdır”, - deyə bəyanatda vurğulanır.
Komandanlıq xəbərdarlıq edib ki, Çin ordusu Tayvanın müstəqilliyinə can atan separatçıların, həmçinin ölkənin daxili işlərinə qarışmağa cəhd göstərən xarici qüvvələrin planlarına qətiyyətlə mane olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]