Çin ötən il avtomobil ixracını 64 faiz artırıb
Bakı, 12 yanvar, AZƏRTAC
Çin 2023-cü ildə xarici ölkələrə avtomobil tədarükünü 63,7 faiz artıraraq 4,1 milyon ədədə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında deyilir. ÇXR bu göstəriciyə görə Yaponiyanı qabaqlayaraq dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər. Yaponiya yanvar-noyabr aylarında xarici bazarlara 3,6 milyon avtomobil çıxarıb.
Rusiya Pekin üçün ən mühüm xarici bazara çevrilib. Ötən ilin 11 ayı ərzində Çin Rusiyaya yük maşınları və avtobuslar da daxil olmaqla, 840 min avtomobil tədarük edib. Ölkənin daxili avtomobil bazarı isə 2023-cü ildə 4,2 faiz artaraq 21,9 milyon avtomobilə çatıb.
Bu həftənin əvvəlində ÇXR-in “CIMC Raffles Group” gəmiqayırma kompaniyası ilk avtomobil daşıyan gəmisini istifadəyə verib. Yeddi minədək avtomobil tutumu olan gəmi BYD kompaniyası tərəfindən icarəyə götürülüb. O, ilk reysini Avropaya həyata keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]